August 2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar. Canlixeber.com xəbər verir ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə […]
Azərbaycan ilə Özbəkistanın prezidentləri Buxaradakı “Poyi-Kalon” kompleksi ilə tanış olublar
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar. Canlixeber.com xəbər verir ki, bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub. Kalon məscidi Buxaranın […]
Prezident İlham Əliyev “Sabah”ı təbrik edib
Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib. “Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük […]
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Canlixeber.com xəbər verir ki, Mehriban Arif qızı Əliyeva – 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə İ.M.Seçenov adına […]
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb
Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Nizami rayon ərazisində 2007-ci il təvəllüdlü Elnur Elşən oğlu Əliyevin elektrik cərəyanı vurmuş meyiti yaşadığı mənzildə tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Naxçıvan şəhərinin bəzi ərazilərində qaz olmayacaq
Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 11:30-dan işlər yekunlaşanədək Naxçıvan şəhərinin N.Naxçıvani küçəsinin və saat 15:00-dan işlər yekunlaşanədək Əliabad qəsəbəsinin qaz təchizatında fasilə olacaq.
“Gəncə” amerikalı basketbolçu Montavius Mörfini heyətinə cəlb edib
“Gəncə” basketbol klubu ABŞ-dən olan forvard Montavius Mörfi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb. Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan “Minyor”u olub.
Bakıda tikilidə yanğın olub, 36 yaşlı kişinin meyiti aşkarlanıb
Bakıda tikilidə baş verən yanğın zamanı 36 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. […]
610 bal topladı, amma tələbə ola bilmədi
Yüksək bal toplasa da, arzuladığı ixtisasa qəbul ola bilməyən tələbələr də var. Belə abituriyentlərdən biri H.G. olub. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” adlı “Facebook” səhifəsində məlumat paylaşılıb. Abituriyent sosial şəbəkə hesabında 610,4 bal topladığını, lakin heç bir universitetə qəbul olmadığını deyib. Məlumata əsasən, IV ixtisas qrupu üzrə hazırlaşan H.G. qarşısına yalnız tibb […]
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 60 yaşlı R.Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q.Həsənov, 1968-ci il təvəllüdlü G.Həsənova, 1970-ci il təvəllüdlü İ.Əliyeva […]
