August 2026
“Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib
Azərbaycanın I Liqa təmsilçisi “Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, N.Şixamirovun son klubu I Liqanın digər təmsilçisi “Şimal” olub.
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
“Sabah” Çempionlar Liqasının tarixinə düşüb
“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb. Canlixeber.com xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin təsnifat mərhələsindən əsas raunda vəsiqə qazanan ən gənc komanda olub. 2017-ci ildə təsis edilən klub cəmi 9 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Daha əvvəl bu rekord Rusiyanın “Krasnodar” klubuna (12 il) məxsus olub. Qeyd edək ki, “Sabah” […]
Bakıda avtobus 3 maşını əzib hasara çırpıldı
Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobilinə toqquşub. Daha sonra avtobus hasara çırpılıb. İlkin məlumata görə, avtobus sürücüsü işıqforda dönmə əməliyyatını düzgün icra etməyib və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb, toqquşan […]
Şabranda yük və minik avtomobilləri toqquşdu: Ölən var
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük avtomobili ilə “Hyundai” markalı minik maşını toqquşub. Hadisə zamanı minlik avtomobilində olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Ali məktəbə qəbul olunan ən yaşlı tələbənin neçə yaşı var?
2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb. Canlixeber.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var. Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı […]
Bu gün Laçın şəhəri günüdür
26 avqust – Laçın Şəhəri Günüdür. Canlixeber.com ki, sözügedən gün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə təsis olunub. Bununla da hər il 26 avqust tarixində təntənəli şəkildə Laçın Şəhəri Günü qeyd edilir. 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Ermənistan məğlubiyyəti qəbul etdi və kapitulyasiya aktına imza atdı. Həmin sənədə əsasən, […]
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.
İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistandakı layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər. Canlixeber.com xəbər verir ki, tədbir çərçivəsində “Davr Bank” (AR Beynəlxalq Bankı), Gips zavodu (“Matanat-A”), “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb (“Landau Education Group”) layihələrinin […]
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. Canlixeber.com xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsdilər. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkdilər. Azərbaycanın və Özbəkistanın dövlət başçılarına […]
