August 2026
Nazirlər Kabinetindən bu qanunla bağlı tapşırıq
Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib. Canlixeber.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının […]
Meteor yağışı olacaq
Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Verilən xəbərə görə, Aurigidlər yüksəksürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometasıdır. Bu […]
Azərbaycanda 1 milyon 100 min pensiyaçı var
2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə […]
Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb
Paytaxtın Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində baş verib. Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib. Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində […]
Tarix və mədəniyyət abidələrinin qorunması diqqətdə saxlanılır – Baş Prokurorluq
Tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş […]
Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir. Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət […]
Norveç kralı vəfat etdi
Norveç Kralı V Harald 89 yaşında Oslodakı xəstəxanalardan birində dünyasını dəyişib. Canlixeber.com xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb. “Kral V Harald vəfat etdi. Dərin hüznlə bildiririk ki, Əlahəzrət Kral Harald bu gün həyatla vidalaşdı”, – deyə rəsmi açıqlamada qeyd olunur. 89 yaşlı Norveç monarxı avqustun 17-də hemolitik anemiya və infeksiya […]
Ağdaşda ağır qəza baş verib, bir nəfər ölüb
Ağdaşda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı iki yük avtomobili toqquşub. Nəticədə “Mercedes Atego” markalı avtomobilin sürücüsü – 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.
Şəkidə VAZ aşdı: Xəsarət alanlar var
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Sürücü idarə etdiyi VAZ-2107 markalı avtomobilə nəzarəti itirib və maşın yolun kənarına aşıb. Hadisə nəticəsində Oğuz rayon sakinləri- 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı […]
Qubada usta faciəli şəkildə öldü
Qubada usta iş görərkən yıxılıb ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 27-də saat 11 radələrində rayonun Dağlı kəndində baş verib. Kənd sakini 1979-cu il təvəllüdlü Vahid Seyidbala oğlu Stalov kənddə yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
