August 2026
Norveç kralının vafatı ilə əlaqədar “Sabah”ın rəqibi “Vikinq”in oyununun vaxtı dəyişdirilib
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan Norveçin “Vikinq” komandasının ölkə çempionatındakı oyununun vaxtı dəyişdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Norveç kralı V Haraldın vəfatı ilə əlaqədar “Olesunn”la qarşılaşma təxirə salınıb. Daha əvvəl avqustun 29-na planlaşdırılan görüş avqustun 30-da keçiriləcək. Xatırladaq ki, “Sabah” “Vikinq”lə səfərdə üz-üzə gələcək.
“Qarabağ”dan yeni transfer
“Qarabağ” Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb. Canlixeber.com xəbər verir ki, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib. Klublar arasında razılığa əsasən, “Qarabağ” 200 min avro müqabilində 23 yaşlı oyunçunu birillik icarəyə götürüb. Dominos pizza Rosa cari mövsüm “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək […]
Neftçi”, “Sabah” və “Qarabağ”ın növbəti oyunlarının təyinatları açıqlandı
Misli Premyer Liqasında III turun təyinatları açıqlanıb. Canlixeber.com xəbər verir ki, “Zirə” – “Neftçi” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək. “Araz-Naxçıvan” – “Sabah” görüşündə Rəvan Həmzəzadə, “Sumqayıt” – “Qarabağ” qarşılaşmasında Fərid Hacıyev söz sahibi olacaq. Misli Premyer Liqası I dövrə, III tur 29 avqust (şənbə) 19:00. “Qəbələ” – “Şamaxı” Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, […]
Nigar Fərhad sərbəst buraxıldı
Çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb. Canlixeber.com xəbər verir ki, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib. Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb. Digər yeni məlumat ondan ibarətdir ki, “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. […]
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İdarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu tətbiq edilməklə yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində […]
Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir
Gəncə şəhərində 64 yaşlı qadın qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarlardan birində qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadının qətlində oğlu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.
Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu
Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub. Canlixeber.com xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb. Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb. “Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib”, – məlumatda qeyd […]
“Gəncə” ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb
“Gəncə” daha bir basketbolçunu heyətinə cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək. 23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.
Körpüdən yıxılan müəllim öldü
Şəki müəllim faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qoxmuq körpüsündə baş verib. 46 yaşlı Şəki şəhər sakini Məmməd İslamov körpüdən yıxılaraq ölüb. Dördpendirli pizza O, coğrafiya müəllimi olub.
Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ
Azərbaycan daxili işlər orqanlarında ağır itki baş verib. Canlixeber.com xəbər verir ki, polis polkovnik-leytenantı Mehman Əhmədov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Mərhum müxtəlif illərdə Qax və Balakən rayonlarının daxili işlər orqanlarında, eləcə də digər strukturlarda müxtəlif məsul vəzifələrdə çalışıb. O, xidmətini başa vurduqdan sonra təqaüdə çıxmışdı.
