July 2026
Dünən 5.6 ton çətənə məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 141,5 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 2004 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin qeyd edilib ki, kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda […]
Bəzi qatarların hərəkət qrafiki dəyişdi
Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib. Canlixeber.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək. Yeni […]
Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vurulub
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub. Canlixeber.com xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib. Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir. 14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında […]
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. İlk dəfə “Sea Breeze Resort” təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq. Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionu Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. […]
Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər
Yaponiya və Koreyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq olunub. […]
Azərbaycanda qadınların pensiya yaşı artırıldı
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib. Canlixeber.com xəbər verir ki, bu rəqəm kişilər üçün 2021-ci ilin iyunun 30-da tamamlanıb. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların […]
Bakıda kişi yaşadığı binanın həyətində bıçaqlanıb
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə UPD qəsəbəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü Azər Hicran oğlu Nəzərov yaşadığı binanın həyətinə tanışı tərəfindən çağırılıb. Daha sonra onlar arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Dava zamanı A.Nəzərov bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlərin […]
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, iyulun 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Vasif Əliyev, Yeni Yasamal […]
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb
Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Yelmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub. Canlixeber.com xəbər verir ki, Y.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib. Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan Y.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması […]
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var
Tovuzda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq […]
