July 2026
“İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə özünü qismən təqsirli bilib – MƏHKƏMƏ
Bakıda “İdrak” liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Şəhla Kamilova də iştirak edib. O anket məlumatları dəqiqləşdirilən zaman “İdrak” liseyində riyaziyyat müəllimi işlədiyini deyib. Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə […]
Legionerlər yerliləri üstələdilər: Çempionatın yekun futbolçu hesabatı
Azərbaycan Premyer Liqasının 2025/26-cı illər mövsümü yaşıl meydanlara ayaq basan 330 futbolçunun iştirakı ilə yadda qalıb. Canlixeber.com xəbər verir ki, mövsümün maraqlı statistikasını Peşəkar Futbol Liqası (PFL) öz rəsmi hesabatında təqdim edib. Mövsüm ərzində heyətində ən çox futbolçuya şans tanıyan komanda 35 oyunçu ilə “Kəpəz” olub. Ən az oyunçu ilə kifayətlənən klub isə “Araz-Naxçıvan”dır (23). […]
Anar Seyidməmmədov ehtiyata buraxıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Anar Aynal oğlu Seyidməmmədov öz ərizəsinə əsasən ehtiyata buraxılıb. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bir neçə gün əvvəl bu barədə əmr imzalayıb. Qeyd […]
Bakıda iki maşın toqquşdu, biri aşdı
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza ötən gün qeydə alınıb. Belə ki, “BYD” və “Mersedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə “Mersedes Vito” aşıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Əksər yerlərdə yağış yağır – FAKTİKİ HAVA
İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilmişdir. Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76 […]
Bakıda dayanacaqda kişi qəfil öldü
Bu gün səhər saatlarında Bakının Binəqədi qəsəbəsində yerləşən avtobus dayanacağında bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, təxminən 40 yaşlarında olan kişinin halı qəfil pisləşib və vəfat edib. Məlumata görə, hadisə baş verən zaman o, həyat yoldaşı ilə işə gedirmiş. Təcili tibbi yardım briqadası gələnədək ölüm faktı qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb […]
DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı
İyunun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 21 tüfəng və 2 patron darağı aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb. Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Azərbaycan Premyer Liqasında ən çox cəzalanan komanda və futbolçu açıqlandı
2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında qeydə alınan cərimələr, sarı və qırmızı vərəqələrlə bağlı statistika açıqlanıb. Canlixeber.com xəbər verir ki, Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, mövsüm ərzində hər oyuna orta hesabla 12,13 qayda pozuntusu qeydə alınıb. Futbolçulara ümumilikdə 752 sarı, 27 qırmızı və 17 birbaşa qırmızı vərəqə göstərilib. Statistikaya əsasən, orta hesabla […]
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.
“BakıKart”ın qiyməti ARTDI
Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb. Canlixeber.com xəbər verir ki, “BakıKart”ın yaydığı məlumata görə, iyulun 1-dən kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb. Qeyd edək ki, dəyişiklik yalnız yeni əldə edilən “BakıKart” kartlarının satış qiymətinə aiddir.
