Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək
1 min read

Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək

Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Paşa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.