July 2026
Bu gün hava necə olacaq?
İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb. Cankixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-60% təşkil […]
Kevinin dostu vəfat etdi
“Oskar” mükafatlı məşhur irlandiyalı aktrisa Brenda Friker 81 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb. Məlumat üçün bildirək ki, Brenda Frikerə ən böyük məşhurluğu 1989-cu ildə çəkilən “Mənim sol ayağım” (My Left Foot) dramındakı rolu gətirib. O, Daniel Dey-Lüisin canlandırdığı baş qəhrəmanın anası obrazına görə […]
Son bir ayda 372 kiloqram narkotik vasitə dövriyədən çıxarılıb
Son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə […]
Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ictimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş […]
FIFA-dan “Səbail”ə transfer qadağası
Azərbaycan I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub. Canlixeber.com xəbər verir ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir. Problemi həll edilməyən oyunçu FIFA-ya müraciət edib. Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib. “Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini […]
Azərbaycan Kubokunun növbəti final oyununun tarixi AÇIQLANDI
2026/2027 mövsümündə futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi vaxt bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimində məlumat verib. O, həlledici matçın 2027-ci il mayın 12-də baş tutacağını qeyd edib. Xatırladaq ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. […]
Azərbaycanda ər və arvad bıçaq xəsarəti ilə xəstəxanaya çatdırıldılar
Ağcabədi rayonunda qadın və həyat yoldaşı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıblar. Canlixeber.com xəbər verir ki, hadisə dünən günorta saatlarında rayonun Ağabəyli kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı – 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya əməliyyat olunublar. İlkin ehtimala görə, Ə.Ağayev əvvəlcə arvadı M.Ağayevanı bıçaqlayıb, daha sonra həmin bıçaqla özünə […]
Bakıdakı məktəblərdən birinin binası sökülərək yenidən tikiləcək
Bakı şəhəri, Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin binası sökülərək yenidən tikiləcək. Canlixeber.com xəbər verir ki, yeni təhsil müəssisəsinin 624 şagird yerlik olması nəzərdə tutulur. Layihə çərçivəsində binanın mebel avadanlıqları ilə təchiz edilməsi də planlaşdırılır. Sözügedən işlərə 938 min 755 manat xərlənməsi nəzərdə tutulur.
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 2026-cı il sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq. Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə […]
Azərbaycanda baş müəllim VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib. Belə ki, Vaqif Nəbiyev 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi olub.
