July 2026
Azərbaycanlı qadın hakim UEFA-dan iki oyuna təyinat aldı
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. O, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin iki oyununda fəaliyyət göstərəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mqar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun […]
Sumqayıtda zəncirvari QƏZA baş verib
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində iki “Honda”, “AzSamand” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər dörd avtomobilə ciddi ziyan dəyib.
BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhum 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, uzun illər fakültədə qiyabi təhsil üzrə dekan müavini olub. 2006-cı ildə professor elmi adı alıb.
Sabunçu rayonunda açıq ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
59 yaşlı kişi kanalda batdı, axtarışları aparılır
Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində 59 yaşlı şəxs batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə iyulun 17-də Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və […]
Qazaxın Çaylı kəndində kişi meyiti aşlarlanıb
Qazax rayonunda 1966-cı il təvəllüdlü Elçin Məmmədovun meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, 60 yaşlı kişinin cansız bədəni Çaylı kəndində açıq sahədə həmkəndililəri tərəfindən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırça başlanılıb.
İsmayıllıda qəzada 3 nəfər ölüb
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, “Opel” markalı avtomobillə motosikletin toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
“Facebook”un işində nasazlıq yarandı
Dünyanın ən çox istifadə olunan sosial şəbəkələrindən biri olan “Facebook”un işində nasazlıq yaranıb. Canlixeber.com xəbər verir ki, platforma daxilində qlobal miqyasda böyük çökmə qeydə alınmasa da, bəzi istifadəçilər hesablarına daxil olmaq istəyərkən sistemin donması problemi ilə qarşılaşıblar. Hesablarına giriş etməyə çalışan istifadəçilər brauzerin ünvan sətrində yönləndirmə xətası ilə üzləşiblər. İstifadəçilərin ekranında aşağıdakı xəbərdarlıq peyda olub: […]
ASCO-da yeni təyinat olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni kadr təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Məhəmməd Topalov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin İstismar-kommersiya departamentinin rəisi təyin edilib. Qeyd edək ki, o, son təyinata qədər “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri postunda çalışıb.
Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlik malumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.Hazırda yanğının […]
