July 2026
“Azərsilah”-ın poliqonunda yanğın olub
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bhubarədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA
İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə […]
Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib
Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib. Canlı xəbər.com AZƏRTAC-a istinadlə xəbər verir ki, binadan 200-250 metr məsafəyə, “Lukyanovka” metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavanda çatlar əmələ gəlib. Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb. Qeyd edək ki, […]
Şəhid övladlarının iştirakı ilə VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsinə start verilib
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə iştirakı ilə Fransanın Kolmar şəhərində VIII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsinə start verilib. Canlixeber.com xəbər verir ki, düşərgə Fransa təbiətinin füsunkar guşələrindən birində, Kolmar şəhərinin meşə mənzərələri ilə […]
Azad olunmuş ərazilərdə vətəndaşlar yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilir
Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri daxilində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir. Canlixeber.com.xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla […]
Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu
Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb. Canlixeber.com xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb. Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib. Kiyev Şəhər Hərbi […]
Ağstafanın bu kəndində sel gəlib
Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sel gəlib. Canlixeber.com xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb. Arxların daşması nəticəsində kəndarası yollar keçilməz olub. Sel suları sakinlərin həyətyani sahələrini də basıb. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə ağır texnikalar cəlb olunub. Təmizlənın arxların kənarına bəndlər vurulur.
Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi
Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat edib. Canlixeber.com xəbər verir ki, 40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu dünyasını dəyişib. Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi […]
Mütəmadi olaraq ağrıkəsici qəbul etmək zərərlidirmi
Ağrı orqanizmin hər hansı problem barədə verdiyi mühüm xəbərdarlıq siqnalıdır. Buna baxmayaraq, bir çox insanlar ağrının səbəbini araşdırmaq əvəzinə, tez-tez ağrıkəsici dərmanlardan istifadə etməyə üstünlük verirlər. Bu preparatlar düzgün və həkim tövsiyəsinə uyğun istifadə edildikdə faydalı olsa da, uzunmüddətli və nəzarətsiz qəbulu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Canlixeber.com sizin üçün bu mövzuda araşdırma aparıb. […]
46 yaşlı qadın qızdırmadan öldü
Ağdaşda 46 yaşlı qadın vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimala görə, qadının hərarətdən öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda […]
