3 mins read

Baş Prokurorluq UĞUR-777″ estetik mərkəzi ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama yayıb

Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi, eləcə də, “UĞUR-777” estetik mərkəzində qanunsuz tibbi fəaliyyətin aparılmasına dair məlumat və videogörüntülər yayılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, qeyd olunan faktlar Nəsimi rayon prokurorluğunda araşdırılaraq cinayət işi başlanıb. İbtidai istintaq […]

1 min read

“Zirə” yamaykalı futbolçu Dameyn Smitin keçidini açıqlayıb

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanıb. Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliklərinin “Nova Star” klublarında çıxış edib.

1 min read

UEFA Çempionlar Liqası: “Sabah”ın III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

“Sabah” komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Canlixeber.com xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubunu məğlub etsə, “Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək.

2 mins read

Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsində ittiham aktı elan olunub

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. İttihama görə, M.Əmrahov 2022-ci ildən etibarən adını yazdırdığı, lakin […]

1 min read

Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

23-26 iyulda Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçiriləcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası qitə çempionatında dörd idmançı ilə iştirak edəcək. Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe növündə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəmizi təmsil edəcəklər. Qitənin ən güclü […]

1 min read

İşdən çıxarılan generalın yerinə o təyin edildi

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub. Canlixeber.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun Əmri ilə bu vəzifəyə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov gətirilib. Qeyd edək ki, İdarənin rəisi vəzifəsində uzun müddət Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi işləmiş, general-polkovnik Bəylər Eyyubovun […]

4 mins read

Yanğın təhlükəsizliyi ilə bağlı ilkin qaydaları nələrdir?

Yanğın gözlənilmədən baş verən və saniyələr içində böyüyən ən təhlükəli fövqəladə hallardan biridir. Belə bir vəziyyətlə qarşılaşdıqda panikaya düşməmək və soyuqqanlılığı qorumaq həyatı əhəmiyyət kəsb edir. Canlixeber.com yanğın təhlükəsizliyi ilə bağlı əmək edilməli olan ilkin qaydaları araşdırıb. Təhlükəsizliyin təmin olunması üçün ilk növbədə yanğının miqyası və harada baş verdiyi dərhal qiymətləndirilməlidir. Əgər alov hələ kiçikdirsə […]