July 2026
Bakıda istirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq edilib
Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Bakı şəhərində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək […]
Biləcəridə hoteldə meyit tapılıb
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hoteldə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 18-də baş verib. Hoteldə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü İ.İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı otaqda tapılıb. Araşdırma aparılır.
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb
2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub. Canlixeber.com xəbər verir ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər. Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Yerdəyişmə sistemi aktivləşdikdə qəbul […]
Tennis Akademiyasında 48 yaşlı kişi ölüb
Binəqədi rayonunda yerləşən Bakı Tennis Akademiyasında ölüm faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 17-də baş verib. Bakı şəhər sakini 1978-ci il təvəllüdlü R. Məmmədovun halı pisləşərək ölüb. Araşdırma aparılır.
Agentliyin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Şəki Ağır Cinayətlər Məhkəməsində ağacları kütləvi şəkildə kəsməkdə təqsirləndirilən İlham Novruzov və Anar Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onlara şərti cəza verilib. Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən digər […]
Kimlər ali təhsil müəssisələrində ödənişsiz təhsil ala bilər?
Ali təhsil hər bir gəncin gələcəyinə qoyulan ən mühüm investisiyalardan biri hesab olunur. Lakin təhsil haqqının ödənilməsi bir çox ailə üçün ciddi maliyyə yükü yaradır. Məhz buna görə dövlət tərəfindən müəyyən kateqoriyadan olan şəxslərin ali təhsil müəssisələrində təhsil haqqından tam və ya qismən azad edilməsi həm sosial müdafiənin gücləndirilməsi, həm də təhsildə bərabər imkanların təmin […]
Qubada 44 yaşlı kişi su kanalında boğularaq ölüb
Qubada kişi su kanalında boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Talabqışlaq kənd sakini 1982-ci il təvəklüdlü Mustafa Kamal oğlu Surxayev qıcolmadan su kanalına yıxılıb və orada boğularaq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Bakıda 24 yaşlı gənc dənizdə boğulub
Bakıda 24 yaşlı gənc dənizdə boğulub. Canlixeber.com xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.
Şuşada bir ton çətənə kolu məhv edilib
Şuşa şəhərinin Xəlfəli kəndi ərazisində ümumi çəkisi bir ton olan 2010 ədəd çətənə kolu məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yabanı halda bitən narkotik tərkibli bitkilər Şuşa Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində aşkar edilib.
Azərbaycanda iyunda əlilliyə görə 245 minə yaxın şəxs pensiya alıb
Bu ilin iyun ayında Azərbaycanda əlilliyə görə 244 839 nəfər şəxs pensiya alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Məlumata görə, 223 862 nəfər şəxs əlilliyə görə aylıq müavinət, 92 204 nəfər şəxs isə Prezident təqaüdü alıb.
