July 2026
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Azərbaycanda bu ilin ilk beş ayında həm nikahların, həm də boşanmaların sayı azalıb.Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə 15 107 nikaha daxilolma, 8 087 boşanma halı qeydə alınıb. Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların […]
Yeni doğulan körpələrin sayı azalıb
2026-cı ilin yanvar-may ayları ərazində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 056 doğulan körpə qeydə alınıb, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 780 nəfər azdır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, doğulan körpələrin 53.5 faizi oğlan uşaqları, 46.5 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən […]
Azərbaycanda əhalinin sayı artıb
Azərbaycanda əhalinin sayı artıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, 2026-cı il iyunun 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 9 287 nəfər və ya 0.1% artaraq 10 milyon 271 min 638 nəfərə çatıb. Məlumata əsasən, əhalinin 54.3%-i şəhərlərdə, 45.7%-i isə kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49.8%-ni kişilər, […]
Bakının dörd rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 21-də Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müəyyən saatlarda fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan […]
UEFA Çempionlar Liqası: “Sabah” növbəti sınaq qarşısında
Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz “Sabah” klubu doğma meydanda Finlandiyanın “KuPS komandası ilə qarşılaşır. Canlixeber.com xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qeyd edək ki, “Sabah” ilk təsnifat mərhələsində Uelsin TNS klubunu iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib. “KuPS” isə Makedoniyanın “Vardar” klubunu […]
Bu gün çimərliklərdə hava necə olacaq?
İyulun 21-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə […]
Qazaxda ata və qızı göldə batıb
Qazaxda iki nəfər göldə batıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb. Belə ki, Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“Şəfa” qambiyalı futbolçu Maudu Lamine Jarjuenin transferini açıqlayıb
“Şəfa” klubu növbəti transferini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. müdafiəçi Maudu Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb. 28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib. Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın […]
Beynəlxalq axtarışda olan şəxs Serbiya Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiya Respublikasında müəyyən edilən daha bir şəxsin iyulun 19-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək […]
