FHN üç xilasetmə əməliyyatı keçirdi
1 min read

FHN üç xilasetmə əməliyyatı keçirdi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib.