1 min read

Bakıda yol kəsişməsində yaranan problem həll edildi

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin, sürücülərin və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar və Ağaxan Abdullayev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, “L” və “A” tipli işıqfor dirəkləri üzərində nəqliyyat və piyada bölmələri quraşdırılan yeni […]

1 min read

Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi

Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə barəsə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata görə, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisindən […]

1 min read

Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB

Ötən gündən davam edən küləkli hava səbəbindən Bakı şəhərində yeddi ağac aşıb, 22 budaq sınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib. Qeyd olunub ki, birliyin əməkdaşları operativ şəkildə sınan ağacların kəsilməsi və sınan budaqların budanması işini icra edirlər.

1 min read

Binəqədidə obyekt YANIR

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.

1 min read

Ağcabədidə traktor dirəyə çırpılıb, ölən var

Ağcabədi rayonunun Qaraxanlı kəndində bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü Tahir Əliyevin idarə etdiyi traktor elektrik dirəyinə çırpılıb. Hadisə zamanı traktorun pilləkənində dayanan həmkəndlisi Faiz Rzayev müvazinətini itirərək təkərin altında qalıb və ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olmayıb. Faktla […]

1 min read

Biləsuvarda avtomobil qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər – 1997-ci il təvəllüdlü Beyləqan rayon sakini, Məhər Kərimov, Binəqədi rayon sakinləri – 1999-cu il təvəllüdlü Balaş Mustafayev və 1999-cu il təvəllüdlü Elşən Mustafalı xəsarət […]

2 mins read

DYP küləkli hava ilə bağlı xəbərdarlıq edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, xəbərdarlıqda deyilir: “Hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından […]

1 min read

MİQ ballarının şəxsi səhifələrdə əks olunması qaydasında YENİLİK

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək. Canlixeber.com xəbər verir ki, bu bar də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib. Qeyd edilib ki, hazırda müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi üzrə daxil olmuş apellyasiya müraciətləri araşdırılır: “Namizədlərin […]

1 min read

Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü

Ağdamın Kəngərli və Papravənd kəndlərində açıq sahələrdə yanğınlar söndürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz […]

1 min read

Polis 19 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də və 26-da ümumi çəkisi 19,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin yabanı halda bitmiş 8274 ədəd xaş-xaş kolu aşkarlanaraq məhv edilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.