1 min read

Kolumbiya 15 ölkədə, o cümlədən Azərbaycanda səfirlikləri bağlayacaq

Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Esprielya dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində ölkəsinin 15 dövlətdə, o cümlədən Azərbaycandakı səfirliklərini bağlamağı planlaşdırdığını bildirib. Canlixeber.com Kolumbiya mediasına istinadən xəbər verir ki, bu barədə o, televiziya ilə müraciətində bildirib. De la Esprielya qeyd edib ki, inauqurasiya anından etibarən o, Kolumbiyanın ən azı 15 səfirliyini bağlayacaq. Bunlar Əlcəzair, Azərbaycan, […]

1 min read

Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək. Canlixeber.com xəbər verir ki, komanda bu gün Afinaya yola düşüb. İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı zamanı millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığması Avropa çempionatının C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya […]

1 min read

Kamal Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Kamal Umudlu təyinat alıb. Canlixeber.com xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq. Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, görüş iyulun 30-da Elbasan şəhərinin […]

1 min read

Bakıda küləyin sürəti ARTIB – FAKTİKİ HAVA

İyulun 27-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə […]

1 min read

Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq

Bu gündən Bakıda güləş üzrə U17 dünya çempionatına start verilir. Oxu.Az xəbər verir ki, yarışın ilk günündə beş çəkidə mübarizə aparacaq yunan-roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Belə ki, bu gün 48, 55, 65, 80, 110 kq-da mübarizə aparan idmançılar güclərini sınayacaqlar. Qeyd edək ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə […]

1 min read

Ağcabədidə suvarma kanalında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə iyulun 26-da Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Hazırda 1993-cü il […]

1 min read

FHN: Ötən həftə 881 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 881 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ […]

2 mins read

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. […]

1 min read

Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində GECİKMƏ OLUB

Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib. Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub. “Qatar iki-üç stansiyanı güclə, yırğalana-yırğalana keçdi. Elə bil aşacaqdı. Daha sonra sərnişinlərə texniki problem olduğu və qatarın mənzil başına […]

1 min read

Dərman vasitələrinin alınmasına 4 milyon manat xərclənəcək

“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi (PHŞ) xəstəliklərin profilaktikasında və müalicəsində istifadə olunan dərman vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edib. Canlixeber.com xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 4 milyon 376 min manat təşkil edir. Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində müxtəlif növ dərman vasitələrinin alınması nəzərdə tutulur. Bunlara kalsium xlorid, kalsium qlükonat, […]