1 min read

Bakıda yük maşını piyadanı vurub

Bakıda “KamAz” piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Sahil Abbasov idarə “KamAz” markalı yük maşını ilə yolu keçən piyada Nurlan Əhmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə […]

2 mins read

Müdafiə Nazirliyinin keçmiş zabiti gəlininin adına ev aldı – Özü çöldə qaldı

Müdafiə Nazirliyinin keçmiş zabiti gəlini tərəfindən aldadılıb. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev bildirib. Onun sözlərinə görə, zərərçəkmiş tərəf məhkəməyə müraciət edəcək: “Pul qazanmaq çətin olduğuna görə, külli miqdarda pul itirən və indi kirayələrdə yaşayan bir ailənin faciəsindən danışım, siz də anlayın niyə ailə institumuz bu gündədir, evlənmə sayları […]

1 min read

Dünən keçirilən imtahanların düzgün cavabları açıqlanıb

7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu – coğrafiya), eləcə də qapalı və kodlaşdırıla […]

1 min read

5 övladı olan həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov cəbhədə gedən döyüşlər zamanı həlak olub. Bir müddətdir itkin düşmüş şəxs kimi axtarışda olan V. Qəhrəmanovun nəşi tapılıb. Qeyd edək ki, Azərbaycan vətəndaşı olan və Rusiyada muzdlu fəaliyyətlə […]

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Parlament prospekti, Mikayıl Müşviq, Kazım Kazımzadə, İsmayıl bəy […]

1 min read

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.

1 min read

Bu gün hava necə olacaq?

İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi […]

1 min read

Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar

Azərbaycanın qadınlardan ibarət akrobatika gimnastikası üzrə qrup komandası Bakıda keçirilən Dünya Kubokunun qalibi olub. Canlixeber.com xəbər verir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət “üçlük” bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Adıçəkilənlər həmçinin “AGF Trophy” kubokunun qalibi olublar. Qeyd edək ki, iyunun 5-7-də keçirilən Dünya Kuboku Milli Gimnastika Arenasında təşkil olunub.