June 2026
Şamaxıda zəlzələ olub
Yerli vaxtla saat 16:45-də Qobustan stansiyasından 22 km cənub-qərbdə, Şamaxı rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Təbii hadisə hiss olunmayıb.
Yaşayış binasında yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. Əlavə məlumat veriləcək.
Hava ilə bağlı xəbərdarlıq: Bakı və şəhərətrafı ərazilərə dolu düşə bilər
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 15.40-a olan məlumata əsasən hazırda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu prosesinin olacağı ehtimalı var.
Bakıda 38 yaşlı qadın itkin düşdü
Bakıda Tovuz rayon sakini olan 38 yaşlı qadın itkin düşüb. Canlixeber.com xəbər verir ki, 07.11.1988-ci il təvəllüdlü Bayramova Cəmilə Ceyhun qızı bu il mayın 11-də paytaxtın Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27, mənzil 40 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxs 1.73 sm. boyunda, orta […]
“Şamaxı” klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
“Şamaxı” klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə bağlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisindən məlumat verilib. H.İsmayılov növbəti iki mövsümdə də “Şamaxı”nın formasını geyinəcək. Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın 2025/2026 mövsümündə 38 xalla 8-ci olub.
ADY rəsmisi: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir
Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil. Canlixeber.com xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.
XİN: Azov dənizində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti yaxşıdır
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş […]
Agentlikdən Çindən saxta məhsul gətirən iş admına 201 min manatlıq sifariş
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi fiziki şəxs Atakişiyev Məhərrəm Əmirxəlil oğlu ilə satınalma müqaviləsi imzalayıb. Canlixeber.com xəbər verir ki, müqavilədə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi üçün “sulfuryl fuluoride” fumiqantının və onun istifadəsi üçün bağlantı setinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 201 701 manatdır. Məhərrəm Atakişiyev haqqında açıq […]
“Zirə” qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb
“Zirə” qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edək ki, 26 yaşlı braziliyalı qolkiper 2023-cü ildən “Zirə”də çıxış edib.
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib. Canlixeber.com xəbər verir ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, […]
