1 min read

Mingəçevirdə 5 yaşlı qızı maşın vurdu

Mingəçevirdə 5 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, şəhər ərazisində “Lexus” markalı avtomobil 5 yaşlı qızı vurub. Hadisədən dərhal sonra sürücü və ətrafdakı vətəndaşların köməyi ilə yaralı uşaq xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 min read

Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Urfan Baxışov tanışı tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və […]

1 min read

Dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanıldı

Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı – 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir. 

1 min read

Azərbaycan millisi Avropa çempionatının finalında

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib. “Tipos Arena”dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Komandanın heyətində Xətai Bağırov fərqlənib. Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb. Azərbaycan millisi finalda […]

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. “İyunun 4-də Yasamal, Nizami və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri aparılacaq. Transformator Məntəqəsində (TM) həyata keçirilən təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, […]

1 min read

Yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Azərbaycanın iyunun 4-6-da əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1 min read

Bu gün hava necə olacaq?

İyunun 4-ə gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, […]

1 min read

Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı

Bakıda avtomobil satışı adı altında dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı M.Abuzərli polis əməkdaşları tərəfindən saxlanılıb. Canlı xəbər.com, o, avtomobil almaq istəyən vətəndaşlara nəqliyyat vasitələrini kredit yolu ilə əldə edə biləcəklərini bildirərək onlardan ilkin ödənişlər alıb. Lakin verdiyi vədləri yerinə yetirməyərək pul vəsaitlərini ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 min read

Bakıda hoteldə bir nəfəri döyüb bahalı telefonunu əlindən aldılar

Bakıda hoteldə quldurluq olub. Canlixeber.com xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən hotellərin birində baş verib. Naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.