June 2026
“Sabah” Ceyms İdslə yolları ayırıb
“Sabah” basketbol klubu Ceyms İdslə yolları ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amerikalı basketbolçu 2025-ci ilin yanvarından Bakı klubunun formasını geyinirdi.
Cüdoçumuz Balabəy Ağayev “Böyük Dəbilqə”də qızıl medal qazandı
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən nüfuzlu “Böyük Dəbilqə” turniri Azərbaycan üçün uğurla başlayıb. Canlixeber.com xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Balabəy Ağayev bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib çıxıb. Cüdoçumuz həlledici final görüşündə əsl əzmkarlıq nümayiş etdirib. O, yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb. Eyni […]
70 yaşlı kişi hoteldə öldü
Beyləqanda hoteldə ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə olub. Səhər saat 08 radələrində 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Adil Fərhad oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti hoteldə tapılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Qurban Qurbanov Marko Yankoviçlə bağlı QƏRARINI VERDİ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçunu buraxmaq istəmir. Canlixeber.com xəbər verir ki, söhbət Marko Yankoviçdən gedir. Futbolçuya başqa ölkələrdən təkliflər olsa da, təcrübəli mütəxəssis onun komandada qalmasını istəyir. Bu səbəbdən də Yankoviçlə bağlı bütün təkliflər geri çevriləcək. Qurban Qurbanov monteneqrolu futbolçunun yerinin çətin dolacağını düşünür. Ona görə də onun satılmasına razılıq […]
Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb
Çoxsaylı müraciətlər nəzərə alınaraq lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti 21 iyun saat 15:00-dək uzadılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi […]
Ağdamda avtomobil 4 piyadanı vurub
Ağdam rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub. Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il […]
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul edib
Milli Məclis media sahəsində vahid qurum – Media və Yayım Şurasının yaradılmasını ilk oxunuşda qəbul edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif edilən dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda […]
Türkiyədə ağır zəncirvari QƏZA: Həlak olanlardan biri azərbaycanlı sürücüdür
Türkiyənin Manisa vilayətinin Kula rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərdən biri Azərbaycan vətəndaşıdır. Canlixeber.com xəbər verir ki, yük avtomobilinin sürücüsü Nadir Salmanov əslən azərbaycanlı olub. Onun idarə etdiyi kimyəvi maddə daşıyan 99-ZC-168 nömrə nişanlı yük avtomobili Rüstəm Begenin sürdüyü nəqliyyat vasitəsinə arxadan çırpılıb. Ardınca hər iki avtomobil Osman Aktaşın idarə etdiyi digər yük […]
Gəncədə Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib
Gəncə şəhərində Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı R.İsayev ötən gün dünyasını dəyişib. Qeyd edək ki, o, Vətən müharibəsindən sonra göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub.
Zaqatalada DƏHŞƏTLİ QƏTL: 58 yaşlı kişi öldürüldü, kəndçisi saxlanıldı
Zaqatala rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Belə ki, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
