1 min read

Kəlbəcər sakini güllə yarası alıb

Kəlbəcər rayonunda 46 yaşlı şəxs güllə yarası alıb. Canlixeber.com xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan Qafur İsmayılov ov tüfəngi ilə ehtiyatsız davaranaraq əl nahiyyəsindən güllə yarası alıb. Adıçəkilən şəxs Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma başlanılıb

1 min read

Sakinlərin NƏZƏRİNƏ: Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, iyunun 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək şəhərin “AzDRES” və Yeni Həyat yaşayış məntəqələrinin, Tərəvəzçilik sovxozunun, eləcə də Naxçıvan, Muğan, Borçalı, A.Şaiq, Y.Mansurov, C.Əliyev, […]

1 min read

Rusiyanın Krasnoyarsk diyarında 133 min hektardan çox meşə sahəsi yanır

Rusiyanın Krasnoyarsk diyarının şimalında meşə yanğınlarının sahəsi 133 min hektarı ötür. Canlixeber.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə regional meşə yanğınları mərkəzi məlumat yayır. “20 iyun 2026-cı il saat 08:45-ə (Bakı vaxtı ilə 05:45 – red.) olan operativ məlumata görə, diyarın ərazisində ümumi sahəsi 133,6 min hektar olan 93 meşə yanğını aktivdir”, – məlumatda […]

1 min read

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev 65 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Qeyd edək ki, Zöhrab Salayev 1960-cı ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. O, 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

1 min read

Hava kəskin DƏYİŞƏCƏK: Yağış, dolu və şimşək XƏBƏRDARLIĞI

İyunun 20-də gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-də gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Ölkə […]

1 min read

Bu gün çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 20-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

1 min read

Bu gün hava necə olacaq?

İyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 45-55% […]

2 mins read

Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU

Oğurluğa getdiyi evin sahibinin qonşusunu bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Hüseyn Cəfərov 10 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 11 il azadlıqdan məhrum olunmasını istəmişdi. […]

1 min read

Saxta pasportla Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ

Bakıda hava limanında əcnəbi vətəndaş saxlanılıb. Canlixeber.com xəbər verir ki, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsidir. İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burada o, özünü turizm işçisi kimi təqdim edən Ariflə tanış olub və Avropaya getmək üçün ona […]

1 min read

Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək

İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Lənkəran, […]