May 2026
Premyer Liqa klubumuz braziliyalı futbolçunun maaşını artırmadı, oyunçu ölkəni tərk etdi
“İmişli” braziliyalı futbolçu Rafael Vieqaşı komandada saxlamaq istəyib. Canlixeber.com İdmanxeber.az-a istinadən xəbər verir ki, rəhbərlik oyunçuya ötən yay olduğu kimi yenə də eyni şərtlərlə yeni müqavilə təklif edib, ancaq müdafiəçi bunu bəyənməyib. O, maaşının artırılmasını tələb edib. Rəhbərlik isə futbolçunun əməkhaqqısını artırmaq niyyətində olmadığını bildirib. Bu səbəbdən də tərəflər razılaşa bilməyiblər. Braziliyalı futbolçu komanda ilə […]
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb. Faktla […]
Minə yaxın şagird təhsildən yayınıb
2025/2026-cı tədris ilində Azərbaycan məktəblərində minə yaxın şagirdin təhsildən yayınma halı aşkarlanıb. Canlixeber.com əbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub. Məlumata görə, 2025/2026-cı tədris ilində təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə müvafiq profilaktik və nəzarət tədbirləri həyata keçirilib. Aparılan monitorinqlər nəticəsində dövlət […]
Xətaidə qəribə qəza – Maşın evin damına çırpıldı
Paytaxtın Xətai rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə İnqilab İsmayılov küçəsində qeydə alınıb. Məlumata görə, idarəetmədən çıxan minik avtomobili yol kənarındakı fərdi evin damına çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib
“Azerbaijan International Mining Company Limited (AIMC)” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış müqavilələrə əsasən, İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon […]
Şuşanın Böyük Qaladərəsi kəndində 17 fərdi ev bərpa olunub
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa edilib. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib. O, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş kəndin 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı azad olunduğunu bildirib. İ.İsmayılov qeyd edib ki, […]
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən avtomobil şinlərinin satışı anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. “Obyektin istismarının davam etdirilməsi […]
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM
Asəf Hacı oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Asəf Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.
Ölkəyə İrandan külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsü saxlanıldı
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb.Onun […]
Bakıda velosipedçi avtomobilin altında qaldı
“Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin sayı artır. Bu cür nəqliyyat vasitələrindən istifadə zamanı isə qaydalara əməl olunmaması yollarda qəza şəraitinin yaranmasına səbəb olur”. Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) velosiped və skuter idarə edənlərə müraciətində qeyd olunub. Bildirilib ki, onlar əks […]
