Yaralanma hadisəsi
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Samid İmanov küçəsində qeydə alınıb. Belə ki, “Khazar” markalı minik avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Türkiyədə ağır qəzada 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Canlixeber.com xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb. Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.
Bakıda sərxoş kişini avtomobil vurdu
Bakıda sərxoş kişini avtomobil vurub. Canlixeber.com hadisə dünən gecə saatlarında baş verib. 1978-ci il təvəllüdlü Habil Müqabil oğlu Aslanov bədənin müxtəlif nahiyələrinin travması ilə xəstəxanaya çatdırılıb. Məlum olub ki, onu avtomobil vurub. H.Aslanov xəstəxanaya gətirilərkən sərxoş olub. Faktla bağlı araşdırmalar aparılır.
Bakıda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi: Xəsarət alanlar var
Bakının Ziya Bünyadov prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil texniki nasazlıq səbəbindən qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil ona çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkət edən digər VAZ-2107 və BYD markalı avtomobillər də qəzaya uğrayan nəqliyyat vasitələri ilə toqquşublar. Hadisə […]
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır
Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kosalar kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma […]
Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Gəncədə zəncirvari avtoqəza olub, xəsarət alanlar var
Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Opel” ilə “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Opel” idarəetmədən çıxaraq yol kənarında dayanan digər “Chevrolet”ə və dayanacağa çırpılıb. Nəticədə ikisi sərnişin, biri isə piyada olmaqla, üç nəfər müxtəlif dərəcəli bədən […]
Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, VAZ-21012 markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X.Civişovu vurub. Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ.Məmmədova və 1993-cü il təvəllüdlü G.Həmzəyeva da xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb […]
Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. Canlixeber.com “Milliyet”ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcili tibbi yardım briqadaları, polis əməkdaşları və xilasedicilər cəlb olunublar. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Sərnişin […]
