Yaralanma hadisəsi
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb
Güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq […]
Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Hadisə nəticəsində H.Quliyev və sərnişini Rahidə İmamverdi qızı Abdullayeva həlak olublar, avtomobildə olan dörd sərnişin isə […]
Sumqayıtda zəncirvari QƏZA: Beş nəfər xəsarət alıb
Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, “Toyota”, KIA, “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Tovuzda avtomobillə motosiklet toqquşdu: 18 yaşlı sürücü xəsarət aldı
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb. Bildirilib ki, Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz […]
Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Qubada QƏZA: Ölən və yaralananlar var
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20-də Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırılıb və aşıb. Qəza zamanı sürücü […]
Bakıda marketin qarşısında dayanan şəxsi avtomobil vurub
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Rəşad Nəcəfov marketin qarşısında dayanarkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub. Hadisə nəticəsində R.Nəcəfov müxtəlif sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov bacısı Sura Səfəralı qızı Qurbanovanı bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyindən bıçaq zərbəsi endirib. Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bərdədə “Chevrolet” beton arakəsməyə çırpıldı: Sərnişin yaralandı
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Ağcabədi rayon […]
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Canlixeber.com xəbər verir ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində 5 nəfər; Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov xəsarət alıblar. Yaralılar əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncəyə şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb.
