1 min read

Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib

Gürcüstanda qətlə yetirilən 21 yaşlı Fatimə Kərimova Azərbaycana gətirilərək dəfn olunub. Canlixeber.com xəbər verir ki, mərhum Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Fatimə Kərimova bir neçə gün əvvəl sevgilisi tərəfindən aldadılaraq Gürcüstana aparılıb. Ona birlikdə yaşamaq və işləmək vəd edilib. Həmin şəxsin ondan borc pul aldığı və qaytarmadığı, daha sonra isə qızı döyərək […]

1 min read

Bakıda əvvəllər də adam öldürdüyünə görə həbsdə olan şəxs yenidən qətl törətdi

Bakıda birlikdə kirayədə qaldığı şəxsi çoxsaylı bıçaq zərbələri ilə öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Hüseyn Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı […]

9 mins read

İdmançı qardaşının ölümünə görə qisas alan şəxs: “Heç bir kişi yazılan söyüşlərə dözməz”

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və qanunsuz olaraq silah saxlamada təsirləndirilən Amil Surxayevin cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, məhkəmə istintaqı zamanı ittiham aktı elan olunub. İttihama görə, Amil Surxayevlə zərərçəkmiş, MMA üzrə məşqçi Orxan Hacıyev arasında əvvəllər şəxsi münaqişə olmayıb. Lakin bir neçə il əvvəl zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin […]

3 mins read

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız QƏTLƏ YETİRİLİB

Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, bu barədə məlumatı “Sapari” təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb. O bildirir ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada onun cəsədini tapıb. Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb: […]

1 min read

Bakıda bir qohumunu öldürən, digərini bıçaqlayan şəxsə hökm oxunub

Bakıda bibisi qızını bıçaqlamaqda, digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Kamal Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra […]

1 min read

Tovuzda 32 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var

Tovuzda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq […]

1 min read

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhrum edilib. İttihama görə, Fərid Şabanov 2024-cü il yanvarın 23-də oxuduğu Gəncə şəhər M.P.Vaqif adına 8 […]

5 mins read

Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” – TƏFƏRRÜAT

Bərdə rayonunda 50 yaşlı kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib. Canlixeber.com xəbər verir ki, 1976-cı il təvəllüdlü Ramil keçmiş arvadı Səbinəni (adlar şərti verilib – red.) ona xəyanət etməsində, eyni zamanda ailəsinin dağılmasında, tək qalmasında və uşaqları ilə münasibətlərinin pozulmasında günahlandırıb. Qisas niyyəti ilə keçmiş arvadını öldürmək qərarına gəlib. 2024-cü il oktyabrın 3-də saat […]

1 min read

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş – Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. Canlixeber.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirilib ki, 2007-ci ildə Ə.Rəsulov Ruslangilin ailəsindən 10 illik müddətə torpaq icarəyə götürərək yonca əkib. Müddət başa çatdıqdan sonra […]

1 min read

Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı – Zaqataladakı qətlin TƏFƏRRÜATI

Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. […]