1 min read

Qəbələdə 71 yaşlı qadını vurub öldürən sürücüyə hökm oxundu

Qəbələ Rayon Məhkəməsində 71 yaşlı piyadanın ölümündə təqsirləndirilən sürücü Hamlet Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Yolçuyev 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, hadisə martın 23-də Qəbələ şəhəri ərazisində baş verib. Şəhər sakini […]

1 min read

Jurnalist Ədalət Mədətoğlu vəfat etdi

Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə.Mədətoğlu “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. O, 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.

1 min read

Mingəçevir Universitetində FACİƏ: Ölən var

Mingəçevirdə usta iş başında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Mingəçevir Dövlət Universitetinin inzibati binasında qeydə alınıb. Burada təmir işləri görən usta, 43 yaşlı Ruslan Tərlan oğlu Seyidzadə qəfil ölüb. Onun infarktdan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında tapılan iki kişi meyiti aidiyyəti üzrə təhvil verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. “Nazirliyin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar […]

1 min read

Bakıda 27 yaşlı kişi stadionda öldü

Bakıda 27 yaşlı kişi stadionda ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində yerləşən stadionda baş verib. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xəyal Xaliq oğlu İbadov futbol oynayan zaman ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Bu ilin I yarımilində yanğın zamanı 22 nəfər həlak olub

2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 746 yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, yanğın hadisələri zamanı 22 nəfər həlak olub, 71 nəfər xəsarət alıb. Ötən illə müqayisədə həlak olanların sayının 5 nəfər və ya 19%, xəsarət alanların sayının isə 22 […]

1 min read

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 7334 təbii və texnogen mənşəli hadisə baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib. Bildirilib ki, bu, 2025-ci ilin I yarımilliyi ilə müqayisədə 1864 hadisə və ya 20% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər ölüb, 133 […]

1 min read

Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib

Azərbaycan Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun […]

1 min read

Ucarda yol qəzası olub, xəsarət alanlar var

Ucarda rayonunda yol qəzası olub, xəsarət alanlar var. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1974- ci il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə sürücü A. Əliyev sərnişinləri- Bakı şəhər sakini, 1986- cı il […]