Ölüm hadisəsi
Bərdədə FACİƏ: Sahibkar öldü
Bərdədə sahibkarı cərəyan vurub. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 10 radələrində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov Bərdə rayonu Mollalı kəndindəki fermasında heyvanları yemləyən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda “Gəmi” istirahət mərkəzində ölüm hadisəsi baş verib
Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən “Gəmi” istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Nağıyeva Sevda Çingiz qızı istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda küçədə 58 yaşlı kişi meyiti tapıldı
Sumqayıt şəhərində küçədə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb. 1968-ci il təvəllüdlü şəhər sakini Abbasov Ağababa Mirzə oğlu küçədə ölüb. Ölümün səbəbi müvafiq ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Şəmkirdə dəhşət: 14 yaşlı yeniyetmə faciəli şəkildə öldü
Şəmkir rayonunda 14 yaşlı uşaq faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini 2012-ci il təvəllüdlü E.Cəfərov güllə yarasından ölüb. İlkin ehtimala görə, azyaşlı evdə olan qoşalülə ov tüfəngi ilə ehtiyatsız davranıb və nəticədə güllə yarasından dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə […]
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Lənkəranda avtomobil dərəyə aşması nəticəsində sürücü ölüb. Canlixeber.com xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb. Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Şamaxıda qəzada ər-arvad ölüblər
Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. Canlixeber.com xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb Çuxuryurd kəndi ərazidində dərəyə yuvarlanan avtomobildə olan 75 yaşlı Mətləb Aslanov və 70 yaşlı Şövkət Aslanova ər-arvad olublar. Dərəyə yuvarlanan zaman avtomobil ağaca çırpılıb. […]
Cəlilabadda sürücü sükan arxasında öldü
Cəlilabad rayonunda sürücü sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov bu gün şəhər saatlarında idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, sükan arxasında dünyasını dəyişib, idarə etdiyi avtomobil isə yoldan çıxaraq maneəyə çırpılıb. Faktla bağlı araşdırma […]
Zaqatalada baş verən qəzada xəsarət alan yeniyetmə xəstəxanada öldü
Zaqatala rayonu ərazisində baş verən qəzada ağır xəsarət alan sərnişin xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 14-də baş verib. Şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov “Lada Priora” avtomobilinin sükanı arxasında idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb. Qəza nəticəsində sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri – […]
Qusarda yük avtomobili piyadanı vurub
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində olub. Belə ki, Elçin Fətəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
