Ölüm hadisəsi
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək öldü
Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Göygöldə 86 yaşlı qadının meyiti tapılıb
Göygöl rayonunda 86 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün rayonun Şəhriyar kəndində baş verib. Məlumata görə, kənd sakini 1940-cı il təvəllüdlü qadının üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində tapılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda 88 yaşlı qadın evində ölü tapıldı
Bakıda 88 yaşlı qadın evində ölü tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini 1938-ci il təvəllüdlü Raisa Takayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırma aparılır.
Qubada keçmiş məhkum həyətində öldü
Quba 48 yaşlı kişi həyətində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 8-də saat 18 radələrində rayonun Zərdabi qəsəbəsi ərazisindəki yarımtikilidə aşkar edilib. Qəsəbə sakini əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunmuş keçmiş məhkum 1978-ci il təvəllüdlü Tərlan Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti qəsəbənin ərazisində ona məxsus yarımtikilidə tapılıb. […]
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapılıb
Gədəbəydə evdən qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, rayon sakini 1965-ci il təvəllüdlü P. Quliyevanın meyiti yaşadığı evdə aşkarlanıb. 61 yaşlı qadının ölümünün səbəbləri məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla rayon prokurorluğunda araşdırma aparılır
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb
Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub. Canlixeber.com xəbər verir ki, “VAZ 2107″ ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb. Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin […]
Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı
Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə, qəsəbə sakini, 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb. Faktla bağlı araşdırma aparılır.
Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapıldı
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan gəncin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.
Şüvəlanda dənizdən 28 yaşlı gəncin meyiti tapıldı
7 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti […]
Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
Salyan rayonunda 34 yaşlı qadın ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib. Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
