Ölüm hadisəsi
Bakıda ağır avtoqəza – Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Asəf Asif oğlu Cəlilov “Hyundai Santafe” markalı avtomobillə yolu keçmək istəyən piyada Miryaqub İsfəndiyar oğlu Sadıqovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” və “Kia Sorento” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Mercedes”in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib. Qəzada “Kia Sorento”da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif […]
Gədəbəydə güllələnmiş meyit tapıldı
Gədəbəydə güllələnmiş meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Qaraməmmədli kəndində baş verib. 62 yaşlı Quliyev Azər Əmir oğlunun güllələnmiş meyiti yaşadığı evdə aşkarlanıb. Hadisənin hansı şəraitdə baş verməsi bilinmir. Araşdırma aparılır.
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
Astara rayonunda ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 14-də rayonun Miki kəndində qeydə alınıb. 1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
Ağdaş rayonunda 38 yaşlı qadın zəhərlənib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 1988-ci il təvəllüdlü N.Səlimova yaşadığı evdə təmizlik işləri görərkən kimyəvi maddədən halı pisləşib. O, təcili xəstəxanaya çatdırılıb. Qadına ilkin yardım göstərilib və evə buraxılıb.
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb
Bakıda 12 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, 2014-cü il təvəllüdlü E.C yaşadığı binanın 4-cü mərtəbəsinin dəhlizindəki pəncərədən ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakıda qəza – 60 yaşlı qadın öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Elmur Bəhram oğlu Bəhramzadə “Mercedes-Benz” markalı avtomobili ilə Sabunçu bazarı istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən piyada orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
NASCAR yarışlarının əfsanəsi Qeri Mayers vəfat edib
NASCAR yarışlarının əfsanəsi Qeri Mayers 76 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yarışçının ailəsinə istinadən məlumat verib. Qeyd edək ki, Qeri Mayers “NASCAR Winston Cup Series” seriyasında debütünü 1974-cü ildə “Yankee 400” yarışında edib və bu seriyanın 47 yarışında iştirak edib. O, həmçinin “NASCAR Grand National East Series” […]
Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
Norveç Kral Sarayı Kral Haraldın böyük bacısı, Şahzadə Astridin 94 yaşında vəfat etdiyini açıqlayıb. Canlixeber.com xəbər verir ki, Şahzadə Astrid Kral Haraldın dəfn mərasimindən iki gün sonra dünyasını dəyişib. Şahzadə Astrid nənəsi, Tac Şahzadəsi Martanın vəfatından sonra 22 yaşında Norveçin birinci xanımı rolunu üzərinə götürüb. O, xüsusilə cəmiyyətin həssas təbəqələrinə qayğı göstərməsi ilə seçilib və […]
İsmayıllıda avtomobil aşaraq yandı, ölən və xəsarət alan var
İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb. Belə ki, “Mercedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə və avtomobildəki sərnişinin (qadın) isə meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların […]
