1 min read

“Gəncə” Tariyel Yusifzadəni yenidən heyətinə qatıb

“Gəncə” heyətinə daha bir basketbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Klub Tariyel Yusifzadə ilə anlaşma əldə edib. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, T.Yusifzadə 2023/2024 mövsümündə də “Gəncə”nin formasını geyinib. Basketbolçu son olaraq “Ordu”da çıxış edib.

1 min read

Gəncədə fərdi yaşayış evində yanğın olub

Gəncədə yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus fərdi yaşayış evində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evin dam örtüyünün 5 kv. metr hissəsi […]

1 min read

Oğlu öldürülən ata qisas almağa çalışdı – 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. Canlixeber.com xəbər verir ki, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Tunar Məmmədov Gəncədə tərxun yetişdirilən istixanada çalışıb və oranın sahibinin 15 yaşlı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Məlum olub ki, onlar 10 manat pula […]

1 min read

Gəncədə “Ganja Cup 2026” üzgüçülük yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə “Ganja Cup 2026” üzgüçülük yarışı keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib. İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya […]

1 min read

Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA – Ölən və xəsarət alanlar var

Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava qanla bitib. Canlixeber.com xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Qətli törətməkdə şübhəli […]

1 min read

Gəncədə üç qardaş arasında dava – Biri özünə xəsarət yetirib

Gəncədə qardaşlar arasında əlbəyaxa dava olub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Üç qardaş arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qardaşlardan Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. Mübahisə zamanı onların içkili olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər araşdırma başlanılıb.

1 min read

Gəncədə çay evində bıçaqlanma: 31 yaşlı kişi xəsarət aldı

Gəncədə çay evində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə, çay evlərindən birində baş verən insident zamanı 1995-ci il təvəllüdlü Məmməd Babayev bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum […]

1 min read

Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı

Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.