Gəncə
Gəncədə Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib
Gəncə şəhərində Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı R.İsayev ötən gün dünyasını dəyişib. Qeyd edək ki, o, Vətən müharibəsindən sonra göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub.
Gəncə sakini zarafata görə dostunu taxta parçası ilə döydü
Gəncə şəhərində dostunu zarafata görə döyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, şəhər sakini – 1973-cü il təvəllüdlü Mahir Məcidovun (ad və soyad şərtidir – red.) uşaqlıq dostu Yaşar söhbət zamanı ona zarafat edib. Həmin vaxt əsəbi olan Mahir zarafatı ciddi qəbul edib və dostlar arasında mübahisə yaranıb. Bu zaman M.Məcidov yaxınlıqdakı su arxından […]
Kəlbəcər sakini Gəncədə ağacdan yıxılaraq ölüb
Kəlbəcər sakini Gəncədə bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. 1964-cü il təvəllüdlü Bəhram Aslanov tut ağacından yıxılaraq, hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib
Gəncədə qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1963-cü il təvəllüdlü F. Əliyev bıçaqlanaraq qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə, hər iki şəxs qohum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Bildirilib ki, düşən dava zamanı qətlə yetirilən […]
Maşın tibb mərkəzinə çırpıldı – Xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində olub. “Chevrolet Equinox” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı Gəncə tibb mərkəzinə çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Həmçinin avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma başlanılıb.
Gəncədə dəhşət: Ata həyat yoldaşı və uşaqlarını bıçaqlayıb
Gəncədə üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib. Canlixeber.com “Unikal”a istinadla bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində, Kəlbəcər sakinlərinin yaşadığı yaşayış massivində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakinləri — 1990-cı il təvəllüdlü G.Abbasova, onun övladları 2008-ci il təvəllüdlü İ.Abbaslı və 2011-ci il təvəllüdlü H.Abbaslı müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılara dərhal tibbi […]
