Gəncədə çay evində bıçaqlanma: 31 yaşlı kişi xəsarət aldı
Gəncədə çay evində bıçaqlanma hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, çay evlərindən birində baş verən insident zamanı 1995-ci il təvəllüdlü Məmməd Babayev bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
