Döymə
Tovuzda həyat yoldaşını döyən kişi tutuldu
Tovuz rayon sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb. Araşdırmalar davam etdirilir.
Rusiyadan Azərbaycana gələn sahibkar həmkəndlisini amansızlıqla döydü – TƏFƏRRÜAT
Qusar sakini həmkəndlisini xüsusi amansızlıqla döyüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hil kəndində baş verib. 1971-ci il təvəllüdlü İzaməddin Mərdanov (soyadı şərtidir) uzun müddət Rusiyada yaşayıb və bizneslə məşğul olub. O, bir müddət əvvəl Qusar rayonuna qayıdıb, kənddə təsərrüfat yaradaraq, burada da sahibkarlıqla məşğul olmağa başlayıb. O özünə məxsus bağ sahəsində işləməyə gedərkən yolda […]
Bakıda kişi telefonuna baxan arvadını döydü
Bakıda kişi mobil telefonuna baxan həyat yoldaşını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İlyas Ağayev (soyadı şərtidir) evinə gec gəlib və onun telefonu stolun üstündə qalıb. Ondan şübhələnən həyat yoldaşı telefonu götürüb “WhatsApp” yazışmalarına baxarkən İlyasın bir xanımla səmimi yazışmasını görüb. O, həmin […]
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ömər Cəfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, Ömər Cəfərov Abşeron rayonu ərazisindəki […]
İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi
İsmayıllıda orta məktəb şagirdi özündən 7 yaş böyük həmkəndlisini döydüyü üçün həbs edilib. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndində baş verib. Kənd sakini, 2009-cu il təvəllüdlü Sovqat Məmmədov (soyad şərtidir) orta məktəbdə həmkəndlisi olan qızla eyni partada oturub. Qızı sevən kənd sakini, 2002-ci il təvəllüdlü Camal Ağayev (soyad şərtidir) isə qısqandığı üçün Sovqata xəbər […]
Gəncə sakini zarafata görə dostunu taxta parçası ilə döydü
Gəncə şəhərində dostunu zarafata görə döyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, şəhər sakini – 1973-cü il təvəllüdlü Mahir Məcidovun (ad və soyad şərtidir – red.) uşaqlıq dostu Yaşar söhbət zamanı ona zarafat edib. Həmin vaxt əsəbi olan Mahir zarafatı ciddi qəbul edib və dostlar arasında mübahisə yaranıb. Bu zaman M.Məcidov yaxınlıqdakı su arxından […]
“Instagram”da arvadına mesaj yazan şəxsi qohumları ilə birgə yolun ortasında döydü
Binəqədi Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmədə və xuliqanlıqda təqsirləndirilən Əsəd Bəşirov, onun qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovun (hər birinin adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin […]
Sarayda müəllim məktəblini döydü
Orta məktəbdə idman müəllimi şagirdi döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə baş verib. 5-ci sinif şagirdi Cahid Məcidzadə Fəqan adlı idman müəlliminin fiziki zorakılığına məruz qalıb. İddiaya görə, baş vermiş hadisə bir müddət məktəbin direktoru Asəf Bayramov tərəfindən gizlədilib.
Sevgilisini döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayıb öldürmək istədi
Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Arif Nuriyevin (adı, soyadı şərtidir – red.) barəsindəki cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs 2025-ci ilin may ayında qeyri-rəsmi nikah münasibətlərində olduğu zərərçəkmiş Günay […]
