1 min read

Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəlib

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb. Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb – 74:71. Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək. Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), […]

1 min read

“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəlib

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, komanda ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib. Azərbaycan təmsilçisi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib. “Neftçi SOCAR” qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin “Pekin” klubuna […]

1 min read

Martin Knejeviç “Gəncə” basketbol klubuna baş məşqçi təyin olunub

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub. Canlixeber.com xəbər verir ki, “Sarı-göylər”i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq. 47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb. Qeyd edək ki, M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-də çıxış edən […]

1 min read

Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma Portuqaliya ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə rəqibinə qalib gəlib – 52:50. Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 […]

1 min read

Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında İslandiyaya uduzub

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Canlixeber.com xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma İslandiya seçməsi ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə rəqibinə məğlub olub – 95:56. Qeyd edək ki, komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70 hesabı ilə məğlub olub. Ukraynanı […]

1 min read

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürür. Canlixeber.com xəbər verir ki, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və “Neftçi SOCAR” komandası mübarizə aparacaq. Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda […]

1 min read

Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi sonuncu oyununa çıxacaq

Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşacaq. Görüş Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürəcək. Azərbaycan millisi İsveçrəni məğlub etsə, turniri 10-cu pillədə başa vuracaq.

1 min read

Dünya Qadın Seriyası: “Neftçi SOCAR” bu gün “Madrid”lə qarşılaşacaq

“Neftçi SOCAR” 3×3 basketbol komandası bu gün İspaniyanın Kaseres şəhərində start götürəcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq. Canlixeber.com xəbər verir ki, “ağ-qaralar” A qrupundakı ilk matçında İspaniya təmsilçisi “Madrid”lə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 22:05-da başlayacaq. Xatırladaq ki, indiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, “Neftçi SOCAR” (352 xal) ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.