Avtomobil qəzası
Lənkəranda KIA və “Opel” TOQQUŞDU – Yaralılar var
Lənkəran rayonunun Liman şəhəri ərazisində “KIA Ceed” və “Opel” markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb. Qəza nəticəsində xəsarət alanların son vəziyyəti məlum olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan iki nəfər kişi avqustun 4-də saat 16:50-də Lənkəran […]
Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Namazəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama görə, Rövşən Namazəliyev […]
Maşında sıxılan şəxsi FHN əməkdaşları xilas etdi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm və Bülbül küçələrinin kəsişməsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə […]
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
Hacıqabulda baş verən qəzada bir nəfər ölüb Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb. “Kamaz” markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana […]
Qubada iki avtomobil toqquşdu: Beş nəfər xəsarət aldı
Quba rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi Quba şəhərinin Əliqulu Nərimanov küçəsində baş verib. İlkin məlumata görə, “Chevrolet” və “Ford” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdü S.Məmmədov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb […]
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda avtomobil piyadanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə Səbail rayonu, Həsən Seyidbəyli və Bünyad Sərdarov küçələrinin kəsişməsində qeydə alınıb. Əkrəm Yaqub oğlu Baxşıyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Cəmilə Ağaməmməd qızı Şirəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Qaxda yol qəzasında azyaşlı ölüb, bir neçə nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub. Canlixeber.com xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərin birinda olan azyaşlı aldığı ağır xəsarətlərdən həyatını itirib. Daha bir neçə nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var
İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı yük avtomobili ilə “Volkswagen” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
