Kriminal
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib
Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, istintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq […]
Yasamalda küçədə bıçaqlanan şəxs həyatını itirdi
Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda, “Nizami” metro stansiyası yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, sözügedən şəxs ürək nahiyəsindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisədən dərhal sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası çağırılsa da, onların vaxtında gəlmədiyi iddia olunub.
Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU
Oğurluğa getdiyi evin sahibinin qonşusunu bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Hüseyn Cəfərov 10 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 11 il azadlıqdan məhrum olunmasını istəmişdi. […]
Saxta pasportla Fransaya getmək istəyən əcnəbi Bakıda HƏBS EDİLDİ
Bakıda hava limanında əcnəbi vətəndaş saxlanılıb. Canlixeber.com xəbər verir ki, buna səbəb onun sərhəd nəzarəti məntəqəsinə saxta sənəd təqdim etməsidir. İttiham aktına görə, Banqladeş Xalq Respublikasının vətəndaşı olan 25 yaşlı Ho Al Avropa ölkələrində işləmək məqsədilə əvvəlcə Şri-Lankaya gedib. Burada o, özünü turizm işçisi kimi təqdim edən Ariflə tanış olub və Avropaya getmək üçün ona […]
Zaqatalada DƏHŞƏTLİ QƏTL: 58 yaşlı kişi öldürüldü, kəndçisi saxlanıldı
Zaqatala rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Belə ki, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədov həmyerlisi və dostu Anar Süleymanovu qətlə yetirməkdə təqsirləndirilib. Belə ki, əvvəllər Anarla Xudat dost olublar. 2021-ci […]
Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 41 Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 1 kiloqramdan artıq marixuana və 1 ədəd odlu […]
Gəncə sakini zarafata görə dostunu taxta parçası ilə döydü
Gəncə şəhərində dostunu zarafata görə döyən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, şəhər sakini – 1973-cü il təvəllüdlü Mahir Məcidovun (ad və soyad şərtidir – red.) uşaqlıq dostu Yaşar söhbət zamanı ona zarafat edib. Həmin vaxt əsəbi olan Mahir zarafatı ciddi qəbul edib və dostlar arasında mübahisə yaranıb. Bu zaman M.Məcidov yaxınlıqdakı su arxından […]
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha […]
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Xarici ölkələrə tur paketləri təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan edilib. Canlixeber.com xəbər verir ki, 1995-ci il təvəllüdlü Şen Zülfüqar qızı Faida ilə bağlı dələduzluq əməlləri üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Aparılan araşdırmalar zamanı onun ölkəni tərk etdiyi müəyyən edilib. Hazırda faktla […]
