Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
1 min read

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 41 Elşad Əzizov, 42 yaşlı Tural Əsgərov, 61 yaşlı Siyavuş Məmmədov və 62 yaşlı İlqar Zeynalov saxlanılıb.


Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, onlardan 1 kiloqramdan artıq marixuana və 1 ədəd odlu silah aşkarlanıb.


Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.