Kriminal
Rüşvətlə vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxslərin istintaqı başa çatıb
Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəis müavini – Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi vəzifəsini icra etmiş Mədətsoylu Niyam Etibar oğlunun qanunsuz əməlləri ilə bağlı […]
Zərdabda evdən oğurluq edən şəxs saxlanılıb
Zərdab rayonunda mənzil qarət edilib. Canlixeber.com xəbər verir ki, hadisə Zərdab şəhərində baş verib. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Tural Ağayev saxlanılıb. Həmin şəxs evə pəncərədən daxil olaraq oradan 5 000 ABŞ dolları və 400 manat oğurlayıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar […]
Məhkumu azad etdirəcəyi vədi ilə 130 min manat alan “məmura” AĞIR CƏZA verildi
Özünü müxtəlif dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək, bir neçə nəfəri aldatmaqla külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm elan olunub. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan proses zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs S.Ə. zərərçəkənlərin etibarını qazanmaq üçün müxtəlif vaxtlarda özünü Ədliyyə Nazirliyinin və Ali Məhkəmənin əməkdaşı […]
Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası
Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işinin məhkəməsinin yekun prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən yekun prosesdə təqsirləndirilənlər son sözlərini bitirdikdən sonra hökm elan edilib. Məhkəmənin hökmü ilə Vəli Rəhimova yüngül cəza […]
Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunublar
Şirvanda 34 min manatlıq naqil oğurlamaqda təqsirləndirilən üç nəfər həbs olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şirvan sakinləri Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar. Bu şəxslər obyektdən 34 min manat dəyərində mis naqil oğurlayaraq […]
Baş Prokurorluq: Gürcüstanda Azərbaycan vətəndaşının ölümü ilə bağlı istintaq diqqətdə saxlanılır
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin – zərərçəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlər görülməkdə, onun saxlanılması və […]
Polis 37 kiloqramdan çox narkotik vasitə aşkarladı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 4-də və 5-də ümumi çəkisi 37 kiloqramdan artıq narkotik vasitə və 1979 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib. Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə […]
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən hotelin qarşısından “Vajaj-Pulfa” markalı motosiklet oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə zərərçəkən polisə müraciət edib. Binəqədi RPİ 5-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı R.Məmmədli motosikletlə birgə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs ona məxsus olan eyni markalı motosikleti təmir etmək üçün otelin […]
Gürcüstanda öldürülən 21 yaşlı Fatimə Ağcəbədidə dəfn edilib
Gürcüstanda qətlə yetirilən 21 yaşlı Fatimə Kərimova Azərbaycana gətirilərək dəfn olunub. Canlixeber.com xəbər verir ki, mərhum Ağcabədi şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Fatimə Kərimova bir neçə gün əvvəl sevgilisi tərəfindən aldadılaraq Gürcüstana aparılıb. Ona birlikdə yaşamaq və işləmək vəd edilib. Həmin şəxsin ondan borc pul aldığı və qaytarmadığı, daha sonra isə qızı döyərək […]
