Kriminal
Xaçmazda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən İsa Cəbiyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, ondan 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həyata keçirilən digər tədbir zamanı saxlanılan əvvəllər məhkum olunmuş Eyvaz Musayevdən isə 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron, həmçinin narkotik vasitə heroin aşkarlanıb. […]
Laçında 2,4 ton çətənə kolu məhv edilib
Laçında 2 tondan artıq çətənə kolu məhv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Zabux kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 2 ton 445 kiloqram olan 8103 ədəd çətənə kolu […]
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə məhkəmə başlayıb. Canlixeber.com xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə vəkil Səadət Seyidli vəsatət verərək təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılıb müdafiəçisinin yanında əyləşməsi üçün şərait yaradılmasını xahiş edib. Hakim vəsatəti rədd edib. […]
DSX-dən cənub sərhədində ƏMƏLİYYAT: 78 kq narkotik ələ keçdi
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1 990 ədəd narkotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Belə ki, […]
Gəncədə 38 yaşlı kişi bıçaqlandı: Qardaşı oğlu şübhəli bilinir
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü H.Oktyabrski hər iki bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, yaraları tikilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, 38 yaşlı kişi aralarında yaranmış mübahisə zamanı qardaşı oğlu tərəfindən […]
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Müşavirədən […]
Rusiyada 14 il əvvəl törədilən qətl işi üzrə məhkəmə başlayır
Rusiya Federasiyasında 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 2012-ci il dekabrın 24-də Rusiya Federasiyası ərazisində Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində cinayət […]
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” – Təfərrüat
Yevlax şəhərində 35 yaşlı kişi ögey qardaşını öldürüb. Canlixeber.com xəbər verir ki, 1991-ci il təvəllüdlü Mərdan mağazadan spirtli içki alaraq içmək üçün yaşadığı evdən çıxaraq piyada Yevlax şəhərində yerləşən ərzaq mağazasına gedib. Oradan spirtli içki olan pivə alaraq parkda içib və orada bir müddət oturduqdan sonra gecəyarısı yaşadığı evə qayıdıb. Evin qapısından həyətə daxil olduqdan […]
Bakıda 70 kq narkotik dövriyyədən çıxarılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan 22 kiloqram 210 qram marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29 kiloqram 770 qram […]
İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib. Canlixeber.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib. Məhkəmə istintaq müddətində […]
