Kriminal
Dövlət qulluqçuları adından dələduzluq edən şəxslər SAXLANILIBLAR
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və “WhatsApp” mesenceri vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çox sayda kiberdələduzluq halına qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən […]
Bu il narkotiklərlə bağlı 3282 nəfər məsuliyyətə cəlb edilib, 33-ü xarici vətəndaşdır
Bu ilin yeddi ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3282 nəfər cəlb edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, onlardan 3188-i kişi, 94-ü qadındır. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 33 nəfəri xarici ölkə vətəndaşıdır.
Azərbaycanda yeddi ayda 187,2 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb
Bu ilin 7 ayında qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 223 kq 519,057 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılmış 6 ton 223 kq 519,057 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə […]
Sabirabadda yanğın törədən şəxs saxlanılıb
Sabirabadda yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının E.Məlikov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Tanışını qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rauf Sadıqov 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il dekabrın 26-da Xətai rayonu […]
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb. Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində […]
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
Masallı rayon sakini C.Ağayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, müayinə nəticəsində […]
Sumqayıtda bıçaqlanma hadisəsi olub
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Rəhman Arzu oğlu Qədirov aralarında yaranmış münaqişə zamanı tanışı, 1990-cı il təvəllüdlü Sərxan Həsən oğlu Bənnayevə bıçaqla xəsarət yetirib. Yaralı Sərxan Bənnayev xəstəxanaya yerləşdirilib. Əməli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rəhman Qədirov […]
Xaçmazda iki ata övladını BIÇAQLADI
Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Canlixeber.com xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminində 22 yaşlı oğlu Murad Musayevə mətbəx bıçağı ilə sağ böyrək nahiyəsindən xəsarət yetirib. Yaralı sağ böyrək nahiyəsinin […]
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Rəfail İsayev saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan […]
