Kriminal
Azərbaycana paraplanla gətirilən külli miqdarda narkotik vasitə ələ keçdi
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 84 kiloqram 300 qram narkotik vasitənin və 3 000 ədəd psixotrop tərkibli “Metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə İran İslam […]
Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur
Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımov qaçaqmalçılıqda ittiham olunur. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının […]
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı […]
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
Gəncə şəhərində 16 yaşlı yeniyetmənin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb. Canlixeber.com xəbər verir ki, sentyabrın 9-da Gəncə şəhəri ərazisində Cəfərov Nihad Ramil oğlu ilə Bayramov Ruzi Elvin oğlu arasında mübahisə baş verib. Mübahisə zamanı N.Cəfərov üzərində gəzdirdiyi bıçaqla R.Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla, ona qəsdən sağlamlığa ağır zərər vurub. Fakta görə Cinayət Məcəlləsinin […]
Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB
Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib. İttihama görə, “Taxes Group” MMC-nin direktoru və “Loft Dent” klinikasının […]
Abşeronda qəbiristanlığa ziyarətə gedən şəxs qarət olundu
Abşeron rayonu ərazisində yerləşən qəbiristanlıqların birində soyğunçuluq hadisəsi qeydə alınıb. Canlixeber.com , zərərçəkmiş polisə müraciət edərək yaxın qohumunun məzarını ziyarət edən zaman naməlum şəxsin onun içərisində pul vəsaiti olan çantasını talayaraq hadisə yerindən uzaqlaşdığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma […]
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir. Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə […]
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı […]
Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran və oğurluq edən şəxslər saxlanılıblar
Nəsimi rayonu ərazisində evlərdən birinin qarşısından zərərçəkmiş şəxsə məxsus “AF 80” markalı motosiklet qaçırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov müəyyən olunaraq saxlanılıb. Nəqliyyat vasitəsi isə sahibinə təhvil verilib. Həmçinin rayon ərazisində qeydə alınan növbəti hadisə ilə bağlı keçirilən tədbirlərlə […]
Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı
Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Canlixeber.com xəbər verir ki, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
