İdman
Qurban Qurbanov Marko Yankoviçlə bağlı QƏRARINI VERDİ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov heyətin əsas üzvlərindən olan futbolçunu buraxmaq istəmir. Canlixeber.com xəbər verir ki, söhbət Marko Yankoviçdən gedir. Futbolçuya başqa ölkələrdən təkliflər olsa da, təcrübəli mütəxəssis onun komandada qalmasını istəyir. Bu səbəbdən də Yankoviçlə bağlı bütün təkliflər geri çevriləcək. Qurban Qurbanov monteneqrolu futbolçunun yerinin çətin dolacağını düşünür. Ona görə də onun satılmasına razılıq […]
“Səbail” baş məşqçisi Adil Şükürovla vidalaşıb
“Səbail” futbol komandası baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb. Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb. Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyib.
Naxçıvan təmsilçisi daha bir futbolçu ilə müqaviləni yenilədi
“Araz-Naxçıvan” Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisindən bildirilib. Ü.İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025 mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.
“Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu
Avropa arenasında ölkəmizi təmsil edəcək “Neftçi” və “Zirə” klublarının UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin adları bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq “Neftçi”ni olduqca maraqlı sınaqlar gözləyir. Paytaxt təmsilçisinin potensial rəqibləri sırasında “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa) və “Apollon” […]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
“Şəfa” futbolçusu Elnur Cəfərovla müqavilə müddətini uzadıb. Canlixeber.com kluba istinadən xəbər verir ki, 29 yaşlı vingerlə 1 illik anlaşmaya imza atılıb. Elnur Cəfərov 2025-ci ilin yanvarından “Şəfa”nın formasını geyinir. O, Azərbaycan Premyer Liqasına yüksələn komandanın aparıcı üzvlərindən biri olub.
UEFA Çempionlar Liqası: “Sabah”ın rəqibi bu gün bəlli olacaq
“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq. Canlixeber.com xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, […]
Azərbaycanın 3×3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır
Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət 3×3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunun seçmə mərhələsində bu gün yarımfinal oyununa çıxacaqlar. Canlixeber.com xəbər verir ki, qadınlardan ibarət yığma Kosovo ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək. Kişilərdən ibarət komanda isə Kiprlə qarşılaşacaq. Bu görüşə saat 19:00-da start veriləcək. Qeyd […]
DÇ-2026: Türkiyə yığması Avstraliyaya məğlub oldu
Futbol üzrə dünya çempionatının D qrupunun Avstraliya – Türkiyə qarşılaşması başa çatıb. Canlixeber.com xəbər verir ki, Türkiyə yığması rəqibinə 2:0 hesabı ilə məğlub olub.
Azərbaycan millisi Avropa Liqasında İspaniya ilə qarşılaşacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma 20:00-da start götürəcək. Qeyd edək ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.
Elvin Cəfərquliyevdən “Qarabağ”la bağlı GÖZLƏNİLMƏZ QƏRAR
Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıtmaq barədə düşünmür. Hətta baş məşqçi Qurban Qurbanov onu bağışlasa belə… Canlixeber.com Sportinfo.az-a istinadən xəbər verir ki, müdafiəçi bu yöndə mesajlar alıb. Təcrübəli mütəxəsssisin mövqeyində yumuşalma olub. Qurbanov real təklifləri olmayan müdafiəçinin gününü əvəzedici komandada keçirib, karyerasını məhv etməsinə laqeyd münasibət bəsləmək istəmir. Əbəs deyil ki, Elvinə qarşıdakı mövsümü Ağdam […]
