Elvin Cəfərquliyevdən “Qarabağ”la bağlı GÖZLƏNİLMƏZ QƏRAR
1 min read

Elvin Cəfərquliyevdən “Qarabağ”la bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıtmaq barədə düşünmür.

Hətta baş məşqçi Qurban Qurbanov onu bağışlasa belə

Canlixeber.com Sportinfo.az-a istinadən xəbər verir ki, müdafiəçi bu yöndə mesajlar alıb.

Təcrübəli mütəxəsssisin mövqeyində yumuşalma olub.

Qurbanov real təklifləri olmayan müdafiəçinin gününü əvəzedici komandada keçirib, karyerasını məhv etməsinə laqeyd münasibət bəsləmək istəmir.

Əbəs deyil ki, Elvinə qarşıdakı mövsümü Ağdam klubunda keçirməsi təklif edilib.

O isə bu cür gedişatı real hesab etmədiyini bildirib.

26 yaşlı oyunçu başverənlərdən sonra ən doğru qərarın klubunu dəyişmək olduğu qənaətindədir.

Elvin Cəfərquliyev intizam qaydalarını pozduğu üçün aprel ayından baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.