İdman
“Qarabağ”dan növbəti transfer bombası: Hücum xəttinə yeni ulduz gəlir
Yay transfer transfer pəncərəsinə sürətli başlayan “Qarabağ” klubu heyətini daha bir istedadlı futbolçu ilə gücləndirməyə hazırlaşır. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi Serbiyanın məşhur “Srvena Zvezda” klubunda çıxış edən Şavi Babikanın transferini rəsmiləşdirmək üzrədir. Lakin bu transfer mübarizəsində “Qarabağ” tək deyil. Kiprin “Omoniya” və Yunanıstanın AEK komandaları da futbolçunu yaxından diqqətdə saxlayır. Xatırladaq ki, oyunçunun […]
“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırdı
“Sumqayıt”da baş məşqçi ayrılığı yaşanıb. Canlixeber.com xəbər verir ki, klub Saşa İliçlə vidalaşıb. “Gənclik şəhər” təmsilçisi serbiyalı mütəxəssislə başa çatan müqaviləni yeniləməyib. “Kimyaçılar” İliçə gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, “Sumqayıt” 2025/2026 mövsümünü 41 xalla turnir cədvəlinin 7-ci pilləsində başa vurub.
Toral Bayramov Türkiyə klubuna keçdi – RƏSMİ
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin “Bursaspor” klubuna keçib. Canlixeber.com xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb. Bildirilib ki, qardaş Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb. “Qarabağ” 25 […]
Mikels Premyer Liqada mövsümün bombardiri seçildi
Futbol üzrə Misli Premyer Liqasında 2025/26 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub. Canlixeber.com xəbər verir ki, “Sabah” futbol klubunun hücumçusu Coy Lens Mikels 19 qolla Premyer Liqada mövsümün ən sərrast futbolçusu seçilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.
“Şamaxı” futbolçusu ilə yollarını ayırdı
“Şamaxı” futbolçusu Kərim Rossi ilə yollarını ayırıb. Canlixeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə nəzərdə tutulan müqavilə müddəti başa çatıb. Rossiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırlar.
“Qarabağ”dan növbəti transfer bombası: Hücumçu Azərbaycana gəldi
Qarabağ” klubu növbəti transferini gerçəkləşdirib. Canlixeber.com bu barədə kluba istinadən xəbər verir. Bildirilib ki, İsveçin “Yurqorden” klubu ilə danışıqlar müsbət nəticələnib və Zakaria Savo “Qarabağ”a keçib.
Güləşçimiz Avropa Çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb. Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb. Qeyd edək ki, Yusif finala gedən yolda […]
Misli Premyer Liqasında mövsüm başa çatır
Misli Premyer Liqasında bu gün 2025/2026 mövsümünə yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, 33-cü turun son matçında “İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edəcək. Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 16:00-da start götürəcək. Yevlax təmsilçisi hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb. 33 xala malik “İmişli” 9-cu yerdədir. Qeyd edək ki, […]
“Şamaxı” Ayxan Abbasovla yollarını ayırdı
“Şamaxı”da baş məşqçi ayrılığı rəsmiləşib. Canlixeber.com xəbər verir ki, bölgə təmsilçisi Ayxan Abbasovla əməkdaşlığı davam etdirməyib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bununla da Abbasov “Şamaxı”dakı fəaliyyətini başa vurub. Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ilin yayından “Şamaxı”nın baş məşqçisi postunda çalışırdı.
“Qarabağ” klubu üç futbolçusu ilə yollarını ayırdı – RƏSMİ
“Qarabağ” klubu üç futbolçusu ilə yollarını ayırıb. Canlixeber.com zəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa yekun vurulub. “Qarabağ”da icarə əsasında çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb. Qeyd edək ki, yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” klubu […]
