5 sərbəst güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
1 min read

5 sərbəst güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır

Bakıda keçirilən U-17 dünya çempionatında bu gün sərbəst güləş yarışlarına start veriləcək.

Canlixeber.com xəbər verir ki, Azərbaycan millisinin beş üzvü təsnifat mərhələsində xalça üzərinə çıxacaq.

Günün proqramına əsasən, görüşlər saat 10:30-da başlayacaq.

Azərbaycan güləşçilərinin ilk rəqibləri aşağıdakılardır:

(45 kq) Əli Cavadlı – Oskar Burqazov (Bolqarıstan)

(51 kq) Adəm Hüseynli – K. Janqajol (Qazaxıstan)

(60 kq) Elçin Çərkəzov – N. Askar (Qazaxıstan)

(71 kq) Nihad Həsənov – M. Azizboyev (Tacikistan)

(92 kq) Zaur Səfərov – H. Yevseyev (Ukrayna)