İdman
Burak Yılmaz Superliqa klubunun baş məşqçisi oldu
Burak Yılmaz Superliqa təmsilçisi “Çorum” klubunun baş məşqçi postuna təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi məlumat yayıb. Tərəflər üçillik müqavilə imzalayıblar. Qeyd edək ki, “Çorum” ötən mövsüm klubu Superliqaya çıxaran baş məşqçi Uğur Uçar ilə dünən yollarını ayırıb. Klub daha əvvəl tanınmış məşqçi Abdullah Avcı ilə danışıqlar aparsa da, yekun […]
“Birbaşa Bakı” və “Zirə” Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır
“Birbaşa Bakı” və “Zirə” komandaları İspaniyanın Kambrils şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar. Canlixeber.com xəbər verir ki, “Birbaşa Bakı” İngiltərənin “Bukovina Badeuti” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. “Zirə” isə Monteneqro təmsilçisi “Sbbet”lə görüşcək. Bu görüş isə saat 16:00-da başlayacaq. Qeyd […]
Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub. Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb. Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı. Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk […]
Azərbaycan millisi Avropa çempionatında rekord vurub
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub. Yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji […]
“Qəbələ” Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq
“Qəbələ” milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə 2 yoxlama oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Bölgə təmsilçisi sentyabrın 27-si “Karvan-Yevlax”la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq. Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq.
Seneqallı voleybolçu Seriqne Nqaqne Fall Azərbaycan klubuna keçib
Seneqallı voleybolçu Seriqne Nqaqne Fall karyerasını Azərbaycanda davam etdirəcək. Canlixeber.com xəbər verir ki, “Murov Az Terminal” 31 yaşlı blokçunu heyətinə qatdığını açıqlayıb. Xatırladaq ki, daha əvvəl İsveç və İsveçrədə legioner həyatı yaşayıb.
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar. Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa […]
“İmişli”nin hakimi təhqir edən oyunçusuna AĞIR CƏZA
Misli Premyer Liqasında VI turun oyunları ilə bağlı İntizam Komitəsinin qəbul etdiyi qərarlar açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Qərarlara əsasən, bir neçə klub və futbolçu cəzalandırılıb. “Sabah” – “İmişli” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan “İmişli” də 700 manat cərimə olunub. Həmin oyunun 90+1-ci dəqiqəsində hakimi […]
“Sumqayıt” Elşad Şirzadovu heyətinə qatıb
“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib. Komanda müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb. Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb. O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də […]
“Xankəndi” FK bir ay sonra Xankəndiyə qayıdır.
“Xankəndi” FK bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib. Qeyd edilib ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır. Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Klubun Xankəndidə ilk ev […]
