İdman
“Xankəndi” FK bir ay sonra Xankəndiyə qayıdır.
“Xankəndi” FK bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib. Qeyd edilib ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır. Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. Klubun Xankəndidə ilk ev […]
Yuventus cərimələnib
İtaliyanın İdman Məhkəməsi A Seriyasının 5-ci turunda “Atalanta” ilə matçdan əvvəl baş verənlərə görə “Yuventus” klubunu 10 min avro məbləğində cərimələyib. Canlixeber.com xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio sosial şəbəkələrdə bildirib. Buna səbəb Turin klubunun bir qrup azarkeşinin davranışı olub. Onlar “İnter”də çıxış etmiş İtaliya futbolunun əfsanəsi Sandro Matsolanın xatirəsinə həsr […]
Çempionlar Liqası: “Sabah”ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb
“Sabah”ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında “Sabah”ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandaya hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır. “UEFA Çempionlar […]
“Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri satışa çıxarıldı
“Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, Birbilet.az saytından istəyiniz sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilərsiz. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” oyunu 3 oktyabr tarixində saat 20:00-da başlayacaq. Qeyd edək ki, 3, 4, 5, 6-cı sektorlar “Turan Tovuz”, 23, 24, […]
Azərbaycan cüdoçuları dünya çempionatında daha üç medal qazandılar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan idmançıları daha üç medala sahib olublar. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, yarışın növbəti günündə M3 yaş kateqoriyasında mübarizə aparan Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kiloqram), eləcə də M4 yaş kateqoriyasında çıxış […]
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlahı heyətinə qatıb
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib. Monteneqro millisinin sabiq üzvünün son […]
“Zirə”nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
“Zirə”nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ange Mutsinzi Ruanda, İssa Cibrila Niger yığmasına çağrılıb. Quima isə Mozambik seçməsinin düşərgəsində olacaq.
ABŞ-dən olan basketbolçu Maylz Uilmot “Naxçıvan”a keçib
“Naxçıvan” ABŞ-dən olan basketbolçu Maylz Uilmotu heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. 25 yaşlı oyunçunun son klubu NCAA-da mübarizə aparan “Canisius Golden Griffins” komandası olub.
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti görüşdə İştvan […]
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər […]
