Hadisə
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, ölən şəxs 1961-ci il Ə.Huseynovdur. Qeyd edək ki, hadisə oktyabrın 16-sı şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü Ə.Huseynovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq, o, 7 gün sonra xəstəxanada ölüb. Faktla bağlı […]
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. Canlixeber.com xəbər verir ki, “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 min 66 manat vergi borcu yaranıb. Dövlət Vergi Xidmətinin müvafiq Ərazi Vergilər Baş İdarəsi borcların ödənilməsi ilə bağlı şirkətə dəfələrlə bildirişlər göndərsə də, ödənişlər yerinə yetirilməyib. Nəticədə idarə MMC-nin rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması ilə […]
Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Canlixeber.com xəbər verir ki, Balıqçılıq və Akvakultura Mərkəzindən hazırkı məlumatlar əsasında hadisənin Azərbaycana birbaşa təsir göstərəcəyini təsdiqləmək mümkün olmadığı deyilib. Mərkəzdən qeyd […]
Hörmüz boğazında gərginlik: 4,5 milyon bareldən çox neft daşıyan iki tanker sıradan çıxdı
Hörmüz boğazının cənub hissəsindən icazəsiz keçməyə çalışan iki supertanker dəniz minalarına düşərək sıradan çıxıb. Canlixeber.com xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. “Bu günün əvvəlindən etibarən Hörmüz boğazının icazə verilməyən cənub marşrutu ilə hərəkət etməyə çalışan iki supertanker dəniz minalarına düşüb. Partlayışlar və güclü […]
Qəbələdə iki avtomobil toqquşdu
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qəza nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda yanğın baş verib
Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.
Musiqiyə aludə olan azyaşlı velosipedçi həyatını itirdi – BDYPİ-dən çağırış!
Oktyabrın 22-si saat 18:00 radələrində Neftçala rayonu Həsənabad qəsəbəsi ərazisində çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped idarə edən qəsəbə sakini yol kəsişməsində F.Həsənovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, qəza nəticədə 13 yaşlı velosipedçi hadisə yerində həyatını […]
Azərbaycanlıların olduğu gəmi Qara dənizdə batıb
Qara dənizdə, Rumıniyanın Konstansa limanından təxminən 24 kilometr aralıda “Khoryv” ticarət gəmisi batıb. Canlixeber.com Rumıniyanın TVR telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də baş verib. Göyərtədə 13 nəfər, 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub. İlkin məlumatlara görə, 9 dənizçi xilas edilib, 1 nəfər həlak olub, daha 3 nəfər itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı davam […]
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb
Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtomobil qəzasında 4 nəfər xəsarət alıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü A.Quliyev, 1982-ci il təvəllüdlü V.Məmmədov, 1988-ci il təvəllüdlü M.Məmmədova və 2012-ci il təvəllüdlü A.Məmmədli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
