Qəbələdə iki avtomobil toqquşdu
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qəza nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
