Hadisə
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Lənkəran-Boradigah- Masallı magistral yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Müxtəlif dərəcəli bədən […]
Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb
Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin – 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Kahının içərisində 22 kq marixuananı gizlədib daşıyanlar ifşa edildilər
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü apardığı bəyan edilmiş nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və məhsulun içərisində şübhəli […]
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub. Canlixeber.com xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Hadisə nəticəsində Anar Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü
Sumqayıtda avtobusda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib. Məlumata görə, 1951-ci il təvəllüdlü Əliyev Əlişir Əşir oğlu “10 V” nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunda olarkən səhhətində qəfil problem yaranıb. Sərnişinlərin və sürücünün diqqətindən yayınmayan hadisə zamanı dərhal […]
5 yaşlı uşaq su anbarında boğuldu
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Samuxda Kür çayının yaxınlığında yeniyetmənin meyiti tapılıb
Samux rayonunda 17 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun […]
Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü
Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib. 2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Cəlilabadda bir yaşlı uşaq qaynar suda yandı
Cəlilabad rayonunda bir yaşlı uşaq qaynar suda yanıb. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 30-da rayonun Alar kəndində baş verib. Kənd sakini 2025-ci il təvəllüdlü Əli Quluzadə yaşadığı evdə olarkən üzərinə qaynar su tökülüb. Azyaşlı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Ötən ay 85 nəfər zəhərlənib, 2-si ölüb
2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə KTM-dən bildirilib. Qeyd edilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını […]
